Almaniya xarici işlər naziri Annalena Berbok və Böyük Britaniya xarici işlər naziri Devid Kemeron İsraildədir.
7Times.az İsrail mətbuatına istinadən xəbər verir ki, Almaniya və Britaniya XİN rəhbərləri İsrail Prezidenti İsaak Herzoqla görüşüblər.
Prezidentin Ofisinin yaydığı məlumatda bildirilib ki, görüş zamanı İsrail dövlət başçısı Herzoq deyib:
“Bütün dünya bütövlükdə regionun sabitliyini pozmağa çalışan İran rejiminin təhdidinə qarşı qətiyyətlə işləməlidir”.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və onun almaniyalı həmkarı Annalena Berbok İranın ötən həftə sonu raket və pilotsuz uçuş aparatları ilə hücumundan sonra İsrailə səfər edən ilk Qərb diplomatlarıdır.
Follow @7timesaz