Almaniya xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Suriyanın paytaxtı Dəməşqdə səfərdədir.
7Times.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X hesabında yazıb.
XİN başçılarının AB-ni təmsil etdikləri vurğulanıb.
K.Kallas Suriyanın yeni rəhbərliyinə mesajlarını da çatdırıb:
“Regional aktorlarla razılaşdırılmış prinsiplərə hörmət etmək və bütün mülki şəxslərin, eləcə də azlıqların müdafiəsini təmin etmək son dərəcə vacibdir”.
Follow @7timesaz