Almaniyada daşqınlar nəticəsində həlak olanların sayı 156-ya çatıb.
Bu barədə 7times.az TASS-a istinadən xəbər verir.
Yerli polisin məlumatına görə, təkcə Arvayler rayonunda (Reynland-Pfalts federal torpağı) təbii fəlakət qurbanlarının sayı 110-a çatıb. Ümumilikdə 670 nəfər xəsarət alıb. Bu rəqəmlərin artacağı istisna olunmur.
Şimali Reyn – Vestfaliyada azı 45 nəfər, Berxtesqadener – Land rayonunda (Bavariya federal torpağı) isə azı 1 nəfər həyatını itirib.
Qeyd edək ki, bazar ertəsindən etibarən Almaniyanın qərbində və cənub-qərbində yağan leysan yağışları dağıdıcı daşqınlara səbəb olub. Qafqazinfo.az
Follow @7timesaz