Almaniyada ermənilər diasporla iş üzrə baş komissarla danışmaqdan imtina ediblər.
7Times.az xəbər verir ki, bu barədə “Yerkir” erməni qəzetinin redaktoru Vahe Sarkisyan Facebook səhifəsində yazıb və video paylaşıb.
Almaniyada erməni diasporu ilə ermənilər arasında görüş keçirilib.
Diasporla görüşdə Qlendeyldən Ermənistana gəlmiş Zare Sinanyan rüsvay edilib. Almaniyalı ermənilər ondan zalı tərk etməyi tələb ediblər.
Videoda görünür ki, görüşdə iştirak edən ermənilərdən biri Ermənistanın diasporla iş üzrə baş komissarı Zare Sinanyandan Ermənistan diasporunun nümayəndələrinin köçürdüyü 150 milyon dolların hara getməsi ilə bağlı izahat tələb edib.
Follow @7timesaz