Dünya

Almaniyada inflyasiya 1951-ci ildən bəri ən yüksək həddə çatıb

Almaniyada inflyasiya 1951-ci ildən bəri ən yüksək həddə çatıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada inflyasiya 1951-ci ildən bəri ən yüksək həddə çatıb. “Report” xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin məlumatlarına istinadən “Deutsche Wirtschafts Nachrichten” nəşri yazır.

Qeyd olunub ki, ötən illə müqayisədə 2022-ci ilin oktyabr ayında ölkədə inflyasiya 10,4% təşkil edib. Eyni zamanda, enerji qiymətləri ən çox bahalaşıb.

Federal Statistika İdarəsinin rəhbəri Qeorq Til bildirib ki, yüksək inflyasiyanın əsas səbəbi 43% bahalaşan enerji məhsullarıdır.

O qeyd edib ki, ən çox məişət enerjisinin qiyməti artıb. Təbii qaz 109,8 faiz, istilik elektrik stansiyalarından istilik təchizatı isə 35,6 faiz bahalaşıb.

Məqalədə o da bildirilib ki, 2021-ci ilin oktyabr ayı ilə müqayisədə ölkədə ərzaq məhsulları 20,3% bahalaşıb.