Dünya

Almaniyada maşinistlər tətil edir

Almaniyada maşinistlər tətil edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada sərnişin qatarlarının maşinistləri ümumfederal tətilə başlayıb.

Bu barədə 7Times.az TASS-a istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 04:00-da başlayan tətil cümə gününə keçən gecə başa çatacaq.

Ötən gündən yük qatarlarının maşinistləri tətil edirlər.

Almaniya Maşinistləri Həmkarlar İttifaqının (GDL) başçısı Klaus Vezelski dəmiryolçuların “Deutsche Bahn” konsernə olan tələblərini səsləndirib. Vezelskinin sözlərinə görə, onlar cari ildə maaşlarının 1,4 % artırılmasını və pandemiya səbəbindən 2021-ci il üçün 600 avro məbləğində birdəfəlik pul mükafatının verilməsini istəyir. Konserndə bu tələbləri “uyğun olmayan vaxtda eskalasiya” adlandırıblar.

“Deutsche Bahn” yaxın 48 saat üçün uzaq səyahət qatarlarının 75%-ni ləğv edib. Konsern tətildən zərər görəcək bütün sərnişinlərə biletləri pulsuz dəyişdirməyə söz verib.