Dünya

Almaniyada miqrasiya qanunvericiliyi sərtləşdirilə bilər

Almaniyada miqrasiya qanunvericiliyi sərtləşdirilə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya parlamenti ən böyük müxalifət fraksiyası olan Almaniya Xristian Demokrat İttifaqı/ Xristian Sosial İttifaqı tərəfindən təklif edilən miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinə dair qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır.

Bu barədə “Report” “Euronews”ə istinadən xəbər verir.

Almaniya Xristian Demokrat İttifaqının lideri Fridrix Merts bildirib ki, miqrasiya nəzarətinin sərtləşdirilməsi ictimai yerlərdə miqrantlar tərəfindən törədilən bir sıra səs-küylü qətllərə zəruri cavabdır.

Müzakirələr bu gün keçirilməlidir, Azad Demokrat Partiyası isə səsvermənin təxirə salınmasına çağırır. Ekspertlərin fikrincə, qanun layihəsinin qəbul edilmə ehtimalı çox aşağıdır.

Daha əvvəl Almaniyanın iki əsas kilsəsi də sözügedən təşəbbüsə qarşı çıxıb.

“DeutschlandTrend”in İctimai televiziya üçün keçirdiyi sorğunun nəticəsi göstərib ki, seçicilərin 67 faizi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini dəstəkləyir.