Dünya

Almaniyada polisə atəş açıldı, iki nəfər öldü

Almaniyada polisə atəş açıldı, iki nəfər öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaniyanın qərbində yerləşən Kusel rayonunda iki polis əməkdaşı güllələnib.
Sfera.az  “TRT Haber”ə istinadən bildirir ki, hadisə polis əməkdaşlarının post-patrul xidmətində olduğu zaman baş verib.
Atışma səhər saat 04:20 radələrində Kreisstrasse 22 ünvanında qeydə alınıb. Nəticədə 29 yaşlı (kişi) və 24 yaşlı (qadın) polis əməkdaşları aldıqları güllə yaralarından həlak olublar.
Hadisəni törədən şəxs qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.
Polisdən bildirilib ki, atəş açan şəxslərin sayı, istifadə etdikləri avtomobilin təsviri və qaçdıqları istiqamət məlum deyil.