Aktual

Almaniyadan Rusiyaya inanılmaz jest

Almaniyadan Rusiyaya inanılmaz jestbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son doqquz həftə ərzində Almaniya hökuməti Ukraynaya hərbi dəstəyi minimuma endirib.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt am Sonntag” nəşrində dərc olunan məqalədə bildirilib.

Qeyd edilib ki, kansler Olaf Şolts NATO müttəfiqləri ilə razılaşmaları əsas gətirərək, Ukraynaya tanklar və zirehli transportyorlar kimi ağır silahlar verməkdən imtina edib.

Nəşr əldə etdiyi sənədlərə istinadən yazıb ki, martın sonundan bəri Almaniya demək olar ki, heç bir yüngül silah tədarük etməyib. Martın 30-dan mayın 26-dək olan müddətdə Ukrayna Almaniya hökumətindən cəmi iki partiya silah alıb:

“Hər iki partiyada yalnız kiçik cihazlar var idi. Siyahıya əsasən, Almaniya may ayının ortalarında 3000 tank əleyhinə mina və 1600 ixtisaslaşdırılmış tank əleyhinə mina göndərib.

Bir ay əvvəl Ukraynaya gələn əvvəlki yükdə yalnız pulemyot hissələri, alışdırıcılar, partlayıcı kabellər, ratsiyalar, əl qumbaraları, partlayıcı maddələr və minalar olub”.