Almaniya rusiyalı qaçqınlara sığınacaq verməyə hazır olduğunu açıqlayıb. Lakin sığınacaq almaq istəyən şəxs Vladimir Putin rejiminə qarşı çıxmalıdır.
7Times.az xarici mətbuata istinadən məlumat verir ki, Almaniyanın daxili işlər naziri Nensi Feser sərt repressiyalarla məruz qalan Rusiya vətəndaşlarına sığınacaq verməyin mümkünlüyünü bildirib.
“Putin rejiminə cəsarətlə qarşı çıxan və buna görə də özünü böyük təhlükə qarşısında qoyan hər kəs siyasi təqiblərə görə Almaniyaya siyasi sığınacaq üçün müraciət edə bilər”- deyə Feser əlavə edib.
Xatırladaq ki, səfərbərlik elan edildikdən sonra Rusiya Müdafiə naziri Sergey Şoyqu 300 min ehtiyatda olan əsgərin orduya çağrılacağını bildirmişdi.
Həmçinin Rada da 10 ildən az Rusiya vətəndaşlığına malik olan miqrantların da hərbi xidmətə cəlb olunmasına dair təklif irəli sürüb.
Follow @7timesaz