Suriyadakı vəziyyətlə bağlı Almaniyanın xarici işlər naziri Berbok bildirib ki, Türkiyənin mövcud böhranla mübarizədə mərkəzi rolu var.
7Times.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin sosial media platformasında açıqlama verilib.
Berbok postunda Suriyada mülki əhalinin və azlıqların müdafiəsinin əsas prioritet olduğunu vurğulayıb.
Almaniyanın xarici işlər naziri öz postunda Ukraynadakı müharibəyə də toxunub və qeyd edib ki, NATO belə fırtınalı vaxtlarda təhlükəsizlik lövbəridir:
“Bu, Avropanın təhlükəsizliyi, NATO-nun şərq cinahının qorunması və Ukraynanın siyasi, iqtisadi və hərbi dəstəyi üçün vacibdir. Briqadamızla bir yerdə işləyirik”.
Follow @7timesaz