Dünya

Almanların 45 faizi Olaf Şoltsun Ukrayna ilə bağlı siyasətindən narazıdır

Almanların 45 faizi Olaf Şoltsun Ukrayna ilə bağlı siyasətindən narazıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almanların demək olar ki, yarısı kansler Olaf Şoltsun Ukraynada yaranan vəziyyətlə bağlı siyasətindən narazıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “YouGov” sosiologiya institutunun DPA agentliyinin sifarişi ilə keçirdiyi rəy sorğusunun nəticələrində yer alıb.

Aprelin 25-27-də keçirilən sorğuda 2040 nəfər iştirak edib. Onların 45 faizi Olaf Şoltsun Ukrayna ilə bağlı siyasətindən narazı olduğu halda, 37 faizi əks fikir bildirib. Respondentlərin 18 faizi isə bu suala cavab verməkdən imtina edib. Həmçinin Almaniya Sosial Demokrat Partiyasının tərəfdarlarının 59 faizi kanslerin siyasətini dəstəklədiyini, 34 faizi isə bu fikri bölüşmədiyini deyib.

Ümumilikdə isə respondentlərin 50 faizi Sosial Demokrat və Azad Demokrat Partiyalarının nümayəndələrindən, həmçinin yaşıllardan ibarət hakim koalisiyasının Ukrayna ilə bağlı fəaliyyətindən narazı olduğu halda, rəyi soruşulanların 30 faizi onlara dəstəyini ifadə edib. Həmçinin almanların 20 faizi bu barədə rəy bildirməkdən çəkinib.

Almaniya kansleri Olaf Şolts Ukraynanı ağır silahlarla təmin etmək istəmədiyi üçün böyük təzyiqə məruz qalıb. O, aprelin 22-də “Der Spiegel” jurnalına verdiyi müsahibədə NATO-nun münaqişə tərəfinə çevrilməməsi və dünya müharibəsinin başlamaması üçün əlindən gələni edəcəyini vurğulayıb.