Hüquqları “Barselona”ya məxsus olan 32 yaşlı müdafiəçi Markos Alonso karyerasını başqa bir İspaniya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki. informasiyanı “Todofichajes” yayıb.
Mənbənin məlumatına görə, “Atletiko Madrid” təcrübəli futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Paytaxt klubu yay transfer pəncərəsində, futbolçunun kataloniyalılarla müqaviləsinin müddəti başa çatandan sonra Alonsonu heyətinə qatmağı planlaşdırır.
Markos ötən il “Barselona”ya keçib. Onun kataloniyalılarla müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədərdir.
Alonso cari İspaniya çempionatında bir oyun keçirib.
Follow @7timesaz