“Qarabağ” UEFA Avropa Liqasında növbəti görüşünü Leverkuzen “Bayer”inə qarşı keçirəcək.
Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisinin Bakı planı məlum olub.
“Qırmızı-qaralar” Bakıya noyabrın 8-i axşam saatlarında təşrif buyuracaq. Qonaqları gətirən təyyarə saat 22:45-də Heydər Əliyev adına Hava Limanına eniş edəcək.
Bu o deməkdir ki, “Bayer” Bakıda oyunöncəsi məşq etməyəcək. Baş məşqçi Xabi Alonso isə matçdan əvvəl jurnalistlərin önünə çıxmayacaq.
Almaniya nəhəngi paytaxtımızın dəbdəbəli otellərindən sayılan “Abşeron Marriott”da məskunlaşacaq.
Xatırladaq ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer” qarşılaşması saat 21:45-də başlayacaq.(sportinfo.az)
Follow @7timesaz