İdman

Altı il sonra Bundesliqaya qayıtdılar

Altı il sonra Bundesliqaya qayıtdılarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli olub. 

Fanat.Az xəbər verir ki, “Darmştadt” yüksək liqada oynamaq hüququ qazanıb.

Sözügedən komanda 2-ci Bundesliqanın 33-cü turunda “Maqdeburq”a 1:0 hesabı ilə qalib gələrək elitaya vəsiqəni təmin edib. “Darmştadt” 33 matçda 67 xal toplayıb və 3-cü pillədə qərarlaşan “Hamburq” üçün əlçatmaz olub.

Beləliklə, “Darmştadt” 6 ildən sonra Bundesliqaya qayıdıb.