Müğənni Afət Fərmanqızı Moskvanın Krasnoselsky rayonundan fotolar paylaşıb.
7times.az xəbər verir ki, onun “Range Rover” markalı avtomobillə foto paylaşması diqqətdən yayınmayıb.
Müğənni paylaşdığı şəklə “Mən orda yaşamışam, gəzmək üçün heç yaxşı yer deyil”, deyə şərh yazan izləyicisinə maraqlı cavab verib:
“Mən sanatoriyadayam, bura gözəldir. Bundan əvvəl restoranda toylarımı oxudum, pulumu qazandım. Ora da gözəl idi. Altımda “Range Rover”, özüm də sanatoriyada kef edirəm. Halımdan da məmnunam, canım”.
Follow @7timesaz