Aktual

AMEA-nın yeni prezidenti kimdir? – Bir oğlu general, digəri Baş nazirin… – FOTO

AMEA-nın yeni prezidenti kimdir? – Bir oğlu general, digəri Baş nazirin… – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, İsa Əkbər oğlu Həbibbəyli bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib.

7Times.az  xəbər verir ki, İ. Həbibbəyli 16 oktyabr 1949-cu ildə Şərur rayonunda anadan olub. O, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvüdür.

1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləyib. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb.

2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.

III, IV və V çağırış Azərbaycan Milli Məclisinin millət vəkili olub. Hal-hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə təhsil alıb (1974–1978). “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik (1980), “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”  mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

2001-ci ildə AMEA-nın müxbir üzvü (ixtisasın adı: Azərbaycan ədəbiyyatı) , 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü (ixtisasın adı: Ədəbiyyatşünaslıq) seçilib. 2001-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

2006-cı ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunun akademiki seçilib.

89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir.

29 elmlər namizədi, 4 elmlər doktorunun elmi rəhbəri olub.

12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 2 dərs vəsaitinin, 28 broşüranın, 21 tərtib kitabının müəllifidir.

Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar, litva və b. dillərində çap olunub.

İsa Həbibbəylinin 2 oğlu, bir qızı var. Onların üçü də yüksək vəzifədə çalışır.

Oğlu Səhət Həbibbəyli 2019-cu ildən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. O, gömrük xidməti general-leytenantı rütbəsini daşıyır.

Digər oğlu Ərəstü Həbibbəyli Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi vəzifəsini və Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini daşıyır.

Qızı Günay Mənsimova Xırdalan şəhər 1 saylı Notariat Kontorunun rəisi vəzifəsini tutur.

 

(Yeni Sabah)