Amsterdamda koronavirus üzrə məhdudlaşdırıcı tədbirlərə qarşı icazə olunmamış aksiya zamanı 150-dən çox insan saxlanılıb.
7times.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə polisin məlumatında bildirilir.
Bazar günü Amsterdamda “Muzey” meydanında COVID-19 üzrə məhdudlaşdırıcı tədbirlərə qarşı icazə olunmamış etiraz aksiyası keçirilib. Aksiya “Azadlıq uğrunda kofe içmək” tələbi ilə keçirilib. Etirazçılar bununla toplaşmaq azadlığının təmin olunmasını tələb ediblər.
Aksiyada 300-ə yaxın insan iştirak edib. Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarını tətbiq edib. Aksiya zamanı 150 nəfər saxlanılıb. Onlar ictimai asayişin pozulmasında ittiham edilirlər.
Follow @7timesaz