Ana intiqam üçün yaş yarımlıq körpəsini qəddar şəkildə döydü: Kadrları ərinə yolladı – FOTO/VİDEO

Ana intiqam üçün yaş yarımlıq körpəsini qəddar şəkildə döydü: Kadrları ərinə yolladı – FOTO/VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə ananın uşağına qarşı qəddar münasibətini əks etdirən kadrlar yayılıb. Hadisə Rusiyanın Kazan şəhərində baş verib. 31 yaşlı qadın ərindən intiqam almaq üçün körpəni qəddar şəkildə döyüb və bunu videoya çəkib, sonra isə ərinə göndərib. Uşağın atası isə videoya heç bir reaksiya verməyib.

Sonra qadın vidonu qaynanasına göndərib və deyib ki, “oğlunuza görə, görün Vikanın başına nə gələcək”. Uşağın nənəsi videonu görəndə dəhşətə düşüb və dərhal polisə müraciət edib.

(Diqqət! Həssas insanların videoya baxmaması tövsiyə olunur)

O, hazırda oğlunun və gəlininin valideynlik hüququndan məhrum edilməsini, körpənin isə onun himayəsinə verilməsini istəyir.

“Mənə nə pul, nə də başqa bir şey lazımdır. Körpə elə çılpaq, olduğu kimi mənə verilsin, mən baxaram. O mənim balamdı”, – deyə yaşlı qadın ağlayaraq bildirib.

Kazan İstintaq idarəsinin kadrlarla maraqlanıb, artıq körpənin anasına qarşı cinayət işi açılıb. Uşaq isə hazırda həkimin nəzarətindədir./Oxu.az

Ana intiqam üçün yaş yarımlıq körpəsini qəddar şəkildə döydü: Kadrları ərinə yolladı - FOTO/VİDEOAna intiqam üçün yaş yarımlıq körpəsini qəddar şəkildə döydü: Kadrları ərinə yolladı - FOTO/VİDEO

BiG.Az