Ölkə

“Ana, məni vurma, günahım yoxdur…” – Atalığı tərəfindən zorlanan 11 yaşlı oğlanın yalvarışı

“Ana, məni vurma, günahım yoxdur…” – Atalığı tərəfindən zorlanan 11 yaşlı oğlanın yalvarışıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 11 yaşlı oğlana təcavüz edən 1993-cü il təvəllüdlü Elnur Məhərrəmova (ad və soyadlar şərtidir) hökm oxunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Məhərrəmov Elnur Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

7Times.az  xəbər verir ki, hadisə ötən ilin dekabrın 13-də Gəncə şəhərində baş verib.

Elnur 2018-ci ildə vətəndaş nikahında yaşadığı Minarənin öncəki evliliyindən olan 11 yaşlı oğlu Nadirə qarşı seksual hərəkətlər edib. Hadisə günü Elnur yaşadığı qadının evdə olmamasından istifadə edərək Nadirlə zorla qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra isə onu hədələməyə başlayıb ki, bu haqda kiməsə deyəcəyi halda onu öldürəcək.

Nadirin böyük qardaşı Eldar olanlara baş verənlərdən xəbərdar olduqdan sonra anasının iş yerinə gedərək onu məlumatlandırıb. Minarə məhkəməyə verdiyi ifadədə bildirib ki, bunu eşitdikdən sonra taksi ilə evə qayıdıb:

“Evə gəldim, qapını Elnur açdı. İçəri keçib Nadiri axtardım, çarpayının altında adyala bükülmüş formada, qurşaqdan aşağı lüt vəziyyətdə idi. Ona yaxınlaşanda “ana, məni vurma” deyərək günahı olmadığını bildirdi. Elnura uşağa nə etdiyini soruşanda uşaqla oyandığını dedi. Evə baxdım, Elnura aid alt paltarı evin giriş qapısının yanında idi. Oğlum mənə olanları danışdı. Təcili yardıma zəng edərək uşağı xəstəxanaya apardım”.

Sfera.az