Hadisə

Ana və övladlarının ölümü ilə bağlı cinayət işi açıldı

Ana və övladlarının ölümü ilə bağlı cinayət işi açıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində 3 nəfərin dəm qazından ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə 7times.aza Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Martın 8-də saat 9 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində 3 nəfər şəxsin meyitinin yaşadıqları evdə aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, 1987-ci il təvəllüdlü Məmmədova Leyla Yunis qızı 2 uşağı ilə birlikdə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək ölmüşlər.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.