Əməkdar artist Elza Seyidcahan müsahibəsi zamanı bildirib ki, pandemiyadan öncə mərhum Xalq şairimiz Fikrət Qoca onu Azərbaycan Yazıçılar Birliyinə üzv edəcəklərini bildirib. E.Seyidcahan bu dəfə AYB-nin sədri, Xalq yazıçısı Anara müraciət edib. O bildirib ki, illik 15 manat olan üzvlük haqqının əvəzinə, 150 manat ödəməyə hazırdır, təki onu AYB-ə üzv götürsünlər.
Məsələylə bağlı Moderator.az-ın əməkdaşı yazıçı Anarla əlaqə saxlayıb. Anar saytımıza açıqlamasında bunun üçün Elza xanımın AYB-nin qəbul komissiyasına müraciət etməsini məsləhət görüb:
“Fikirləşirəm ki, məsələnin belə qoyulması düzgün deyil ki, mən 15 manat yox, illik 150 manat ödəyərəm. Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsi var və orda nə qədər göstərilibsə, onu da ödəməlidirlər. Təki onu ödəsinlər artıq pul bizə lazım deyil. Özü də AYB-ə qəbul etmirik ki, kimsə ilkin üzvlük haqqını çox verəcək.
Elza Seyidcahanın AYB-ə üzv olması məsələsinə qəbul komissiyası baxacaq. Bu komissiyaya da şair Səlim Babullaoğlu rəhbərlik edir. Elza xanım da həmin komissiyaya müraciət etsin”.
Follow @7timesaz