Dünya Çempionatının finalında Fransa yığmasını məğlub edən Argentinanın hücumçusu Lionel Messinin anası ilə qələbəni qeyd etdikləri anın görüntüləri yayılıb.
7Times.az xəbər verir ki, futbolçunun anası Seliya Mariya Kuççittini meydançaya qaçaraq oğlunu qucaqlayıb və ağlayıb. Həmin görüntülər sosial şəbəkələrdə maraqla qarşılanaraq paylaşılıb.Qeyd edək ki, Qətərdə keçirilən Dünya Çempionatında Argentina millisi Fransa yığmasını penaltilərlə məğlub edib və tarixində 3-cü dəfə dünya çempionu olub.