Maqazin

Anasından Kamilə Babayevaya QADAĞA: “Bir də heç kimə…” – FOTO

Anasından Kamilə Babayevaya QADAĞA: “Bir də heç kimə…” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Anam zəhmli qadındır. İndiyə kimi ondan çəkinirəm. Bir gün mənə yüksək səslə söylədi ki, Kamilə, bir də heç kimə yaşını demə. Bu, yaxşı deyil. Dedim yaxşı, bundan sonra demərəm. Bundan sonra yaşımı gizlədirəm, söyləmirəm. Sonradan anladım ki, söhbət məndən yox, anamın öz yaşından gedir”.

 

7Times.az  xəbər verir ki, bu sözləri aparıcı Kamilə Babayeva “Həmin Zaur” proqramında deyib. O, ailəsindən, anasının ona qoyduğu qadağadan danışıb:

“Ailədə tək uşağam. Ərköyün övlad olmadım. İş elə gətirdi ki, ərköyünlüyə vaxtım olmadı. Anam ziyalıdır. O, illərlə “Din-tarixi muzeyi”nin direktoru olub. Tarix fakültəsini bitirib. Hədsiz dərəcədə rəngli və çox maraqlı qadındır. Rəfiqələrim hər zaman ürəkdən arzu edirlər ki, anam da bizlə bir yerdə olsun. Atam isə məhkəmə tibb eksperti olub. Amma o çox cavan yaşlarından dünyasını dəyişib. Anam məni nənəmlə birgə böyüdüb”.Sfera.az