Dünyaca məşhr ifaçı Meray Keri “qocalar evi”nə yolladığı anasının daşınmaz əmlakını 757 440 dollara (təqribən 1,287 milyon manata) satıb.
Villa 1980-ci ildə Nyu-Yorkda tikilib. Ümumi sahəsi 278 kv.m-dən artıq olan imarətdə dörd yataq otağı və üç hamam otağı var. 24 min kv. sahəlik ərazidə isə hovuz, zanbaqlı gölməçə, çardaq və dekorativ bitkilər var. Ərazi sıx meşə ilə əhatə olunub.
Pop-ifaçı bu evi anası üçün 1994-cü ildə 419 min dollara (təqribən 712 min manat) alıb. Lakin 2020-ci ildə 80 yaşlı Patrisiya Kerinin qızı ilə münasibətləri pisləşir, bundan sonra o, Floridadakı “qocalar evi”nə yollanıb.
Qeyd edək ki, Floridada “yaşlılar üçün lüks kurort” kimi təsvir edilən “qocalar evi”ndə yaşayış aylıq 5,4 min dollardan başlayır.