Maqazin

Anasının əri ilə yataq fotoları yayıldı, hamamda ölü tapıldı… – Hollivud ulduzu Mörfinin həyat hekayəsi

Anasının əri ilə yataq fotoları yayıldı, hamamda ölü tapıldı… – Hollivud ulduzu Mörfinin həyat hekayəsibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1995-ci ildə çəkilmiş “Clueless” filmi ilə birdən-birə Hollivudun axtarılan simasına çevrilən Britani Mörfi  Amerika kinematoqrafiyasının ən cazibədar görünüşə malik aktrisalarından biri idi.

“8 Mile”, “Sin City”, “Girl”, “Interrupted” kimi filmlərdən təkliflər alaraq karyerasında sürətli yüksəliş əldə edən Mörfinin ömür yolu, təəssüf ki, 32 yaşında sonlanıb. O, 20 dekabr 2009-cu ildə evində “sətəlcəm və anemiya” xəstəliyindən ölü tapılıb.

Aktrisaya sui-qəsd olunması iddiası medianı uzun müddət məşğul edib.

Savash.org xəbər verir ki, aktrisa anası Şeron Mörfi ilə birgə yaşayıb və demək olar ki, ömrünün böyük bir hissəsini ona həsr edib.

Karyerasının ən uğurlu illərini keçirən Britaninin həyatı ssenarist Simon Monjak ilə tanış olandan sonra alt-üst olur. Monjak Hollivudda uğursuz filmləri ilə tanınıb və pərəstişkarları onu Britaniyə heç vaxt yaraşdırmayıb.

Lakin Britani Monjaka dəlicəsinə aşiq olub. Bu məftunluq qısa bir müddət sonra onun Monjakla evliliyə aparıb.

Toydan sonra Monjack Britaninin Hollivuddakı  evinə köçdü. Monjakla evlilikdən sonra Britaninin karyerasında geriləmə başladı. Çünki Monjak onun qərarlarına çox qarışırdı. Britaniyə rol təklif edən rejissorlar ondan əvvəl Monjakla danışmalı və icazə almalı olurdular. Lakin məsələ bununla da yekunlaşmırdı. İçki və narkotik aludəçisi olan Monjak Britaninin çəkildiyi filmlərin çəkiliş meydançasına gedir və orada dava salırdı.

Monjakın Britanini narkotikə qurşandırdığı da deyilirdi. Hətta film çəkilişləri zamanı işçilər də bunu görmüşdülər. Britaninin həyatı 180 dərəcə dəyişmişdi. Artıq axtarılan aktrisa deyildi. Monjaka görə dəvət aldığı filmlərdən də qovulan Britaninin maddi durumu pisləşmişdi.

Həyatının ən bərbad dönəmlərini keçirən Britanini hamam otağında huşsuz vəziyyətdə anası tapmışdı. Hadisə yerinə gələn tibb işçiləri Britaninin həyatını qurtara bilməmişdilər.

Həkimlər onun qan azlığı və sətəlcəmdən öldüyünü desələr də, gəzən sui-qəsd şayiələrinə görə cəsədin yarılması tələb olundu. Lakin anası Şeron və həyat yoldaşı buna qətiyyətlə qarşı çıxdılar.

Ana və həyat yoldaşının qəti etirazı şübhələri artırdı. Bundan sonra cəsəd tibbi ekspertizaya verildi. Alınan nəticə isə ilkin diaqnozla eyni oldu. Lakin Britaninin pərəstişkarları onun yüksək dozada narkotikdən öldüyünü iddia edirdilər. Aktrisanın ölümündən sonra evindən narkotik tərkibli dərmanlar tapıldı. Bu fakt şübhələri daha da gücləndirdi.

Lakin qəribə olan bir şey daha var idi. Britaninin ölümündən sonra da həyat yoldaşı ilə anası eyni evdə yaşayırdı. Monjakın Britaninin evində verdiyi müsahibə zamanı isə qayınanası ilə eyni yataqda yatdığı ortaya çıxdı. Onlar bunu Britaninin ölümü ilə bağlı bir-birini təsəlli etmək üçün olduğunu açıqladılar. Lakin hər kəs onların sevgili olduğunu düşünürdü.

Britaninin ölümündən bir il keçməmiş anası Şeron yenidən evə təcili tibbi yardım çağırdı. Bu dəfə Britaninin hamam otağında huşsuz vəziyyətdə tapılan Simon Monjak idi. Həkimlər onun da ölümünə qan azlığı və sətəlcəmin səbəb olduğunu bildirdilər.

Oxşar hadisə və diaqnozlardan sonra mediada aktrisa və həyat yoldaşı ilə bağlı daha çox yazılar dərc olunmağa başladı.

Bu hadisədən sonra Britaninin atası Angelo Bertolotti qızının cəsədinin yenidən tibbi ekspertizadan keçməsi üçün müraciət etdi. Çünki əvvəlki ekspertiza zamanı Britaninin saçından analiz götürülməmişdi. Saç analizi isə hər şeyi ortaya çıxardı. Analiz nəticəsində aktrisanın saçında ağır kimyəvi metallar aşkarlandı. Bu da aktrisanın arsenik içdiyini ortaya çıxarmışdı. Angelo Bertolotti qızının keçmiş həyat yoldaşı və kürəkəni tərəfindən öldürüldüyünü iddia etsə də, ana Şeron Mörfi bunu inkar edirdi.

Brittani Mörfinin xəstəlikdən, yoxsa sui-qəsd nəticəsində öldüyü tam bilinməsə də, Hollivud gənc və istedadlı aktrisalarından birini itirmişdi.