Aparıcı Xoşqədəm Hidayətqızının anasının səhhətində problem yaranıb.
OLAY yazır ki, bu barədə o, “Səni axtarıram” proqramında məlumat verib.
“Yaşlı ata-analarınıza hörmət edin. Ayın 13-ü ad günümdür. Amma anam evdə ola bilməyəcək. Səhər zəng edib, dedim ki, beşinci gün Rasimi tapa bilsəm, altncı gün “Günaydın, Azərbaycan”da olacam. Bacım dedi ki, anam çox xəstədir, yeriyə bilmir. Onun üçün pilləkənləri çıxmaq çox çətindir. Rasimin anası fəryad edir, bir anlıq anamın fəryadını düşünürəm. Sağ ikən dəyər, qiymət verin. Bir hörmət, əlindən öpmək kifayətdir. Anam o evdə olsun deyə hər şeyimi verərəm”, – deyə, bildirən aparıcı göz yaşlarını saxlaya bilməyib.