Sumqayıtda sərnişin avtobusunun qaçırılması ilə bağlı xəbərlər yayılıb.
7times.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.
Sumqayıt şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə bildirib ki, qeyd olunan avtobus Sumqayıt Nəqliyyat İdarəsinə aid deyil və içərisində sərnişin olmayıb.
Avtobus sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb.