Dünya ulduzu Ancelina Coli Ukraynaya dəstək olub.
Yenisabah.az xəbər verir ki, aktrisa “İnstagram” hesabında bu barədə paylaşım edib.
O, müharibənin gedişatını izlədiyini bildirib:
“Sizin kimi mən də Ukrayna üçün dua edirəm. Üzvü olduğum qurumun (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlı) əməkdaşları ilə birlikdə əsas diqqətimizi qaçqın və məcburi köçkünlərin, o cümlədən insan hüquqlarını təmin etməyə yönəltmişik.
Biz artıq xəbərlərdə təhlükəsizlikərini təmin etmək üçün çarəsiz vəziyyətdə evlərini tərk edən insanları görürük. Nə baş verəcəyini isə bilmək hələ çox tezdir”.
Follow @7timesaz