İdman

Ançelotti özündən çıxdı: “Bu barədə soruşmağa cəsarətiniz var?”

Ançelotti özündən çıxdı: “Bu barədə soruşmağa cəsarətiniz var?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-dən ayrılmaq istədiyi ilə bağlı xəbərlər yayılan Kilian Mbappenin “Real”a mümkün transferinə Karlo Ançelotti münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, “Şaxtyor”la ÇL-nin qrup mərhələsi matçından (1:1) sonra italiyalı mütəxəssis “Canal+”un 23 yaşlı hücumçu ilə bağlı sualına cavab verməkdən imtina edib:

“Mbappe yanvar ayında transfer oluna bilərmi? Bunu soruşmağa cəsarətiniz var imiş… Sualı cavablandırmayacam. Bu haqda cavabım yoxdur”.

Qeyd edək ki, Mbappenin PSJ ilə arasındakı vəziyyət gərginləşib. Futbolçunun tez bir zamanda Paris təmsilçisindən ayrılmaq istədiyi ilə bağlı xəbərlər yayılıb.