“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 23-cü turu çərçivəsində keçirilən Madrid derbisində komandanın vinderi Vinisius Juniorun start “11-lik”də yer almamasının səbəbini deyib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis “Atletiko” ilə görüşün (1:1) ilk dəqiqələrindən Vinisiusun mövqeyində həmyerlisi Braim Diasın oynaması ilə bağlı fikirlərini “Kral klubu”nun rəsmi saytına açıqlayıb:
“Vinisiusun müəyyən zədəsi var idi. İsinmə hərəkətləri zamanı özünü yaxşı hiss etmədi. Ya Braimi oynatmalıydıq, ya da Xoselunu. Eyni müdafiə sistemini qorumaq üçün Braim variantına üstünlük verdik. Ardından isə Xoselu meydana çıxdı və yaxşı oynadı”.
Qeyd edək ki, 23 oyuna 58 xal toplayan “Real” turnir cədvəlinin 1-ci, 48 xala malik “Atletiko” isə 4-cü pilləsində mövqe tutub.