İdman

Ançelottidən Arda Gülərlə bağlı şad xəbər

Ançelottidən Arda Gülərlə bağlı şad xəbərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

El-Klassikoda “Barselona”nı 3:2 hesabı ilə məğlub edən “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti matçdan sonra açıqlama verib.

7Times.az  xəbər verir ki, italiyalı çalışdırıcı matçda meydana buraxılmayan Arda Gülərdən də danışıb.

Qarşılaşmanı dəyərləndirən Ançelotti, “Son hissədə Cud Bellinqemin hücuma çəkmək istərdim! Enerjimizin son damlası ilə qol vurmağı bacardıq, unudulmaz bir həftə oldu” dedi. Futbolçuları ilə qürur duyduğunu bildirən Ançelotti, “Matçın ən yaxşı tərəfi son dəqiqələr oldu. Bellinqemin qolundan sonrakı bayram möhtəşəm keçdi” dedi.

Arda Gülər ​​haqqında açıqlama verən mütəxəssis, “qısa müddətdə oynayacağımız matçlarda Arda Gülər ​​oynayacaq” deyə bildirib.

Offsideplus.az