Hərbi

Ankara icazə vermədi: rus gəmiləri qayıdır – Foto

Ankara icazə vermədi: rus gəmiləri qayıdır – Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Rusiya gəmilərinin Ukraynaya hücum etmək üçün İstanbul boğazından keçərək Qara dənizə daxil olmasına icazə verməyib. Doqquz ay gözlədikdən sonra Rusiya gəmiləri geriyə – Uzaq Şərqə qayıtmağa başlayıb.

7Times.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun Monitorinq Qrupunun rəhbəri Andrey Klimenko məlumat verib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Sakit Okean Donanmasının “Varyaq” raket kreyseri və böyük sualtı qayıq əleyhinə “Admiral Tribus” gəmisi noyabrın 6-da Sinqapur boğazında Vladivostokdakı bazasına qayıdarkən görüntülənib.

Gəmilər 2 fevral 2022-ci ildən Aralıq dənizindədir və Ukrayna torpaqlarını atəşə tutmaq üçün Qara dənizə yola düşməyə hazırlaşırdılar.

“Boruların üzərində “Z” və “V” hərflərini görürsünüzmü? Köhnə zarafatdakı kimi: “Lazım olmadı…” Hər şey də Türkiyə və onun boğazları nəticəsində. Halbuki doqquz ay gözlədilər… Yorulmuşdular, təmir işləri üçün yer yox idi, ekipajlar “vəhşiləşmişdi”, – deyə Klimenko qeyd edib.