Yanvarın 25-də İstanbulda Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların 61-ci raundunun ilk görüşü keçirilib.
7times.az xəbər verir ki, danışıqlar 5 il fasilədən sonra Türkiyənin Xarici İşlər Nazirliyinin İstanbuldakı ofisində baş tutub.
Görüşdə Türkiyənin nümayəndə heyətinə Prezidentin müşaviri İbrahim Qalın və xarici işlər nazirinin müavini Sədat Önal, Yunanıstanın nümayəndə heyətinə isə bu ölkənin Ankaradakı sabiq səfiri Pavlos Apostolidis rəhbərlik ediblər.axar.az
Follow @7timesaz