Dünya

Anna Akopyan ABŞ-da qəzəblə qarşılandı, başını qaldıra bilmədi – VİDEO

Anna Akopyan ABŞ-da qəzəblə qarşılandı, başını qaldıra bilmədi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-a səfər etdiyi məlum olan Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Los-Anceles hava limanında ermənilər tərəfindən qəzəblə qarşılanıb.

7times.az xəbər verir ki, erməni diasporunun nümayəndələri Akopyanı həyat yoldaşını vətənə xəyanətdə günahlandıran plakatlarla qarşılayıblar. Bu barədə Ermənistandakı erməni diasporunun nümayəndəsi Robert Marqaryan internetdə yayımladığı videoda məlumat verib.

“Sputnik Ermənistan” Akopyanın doğum günündə ABŞ-a hansı məqsədlə səfər etdiyini öyrənməyə çalışsa da, onun köməkçiləri Ester Sahakyan və Alina Karapetyan zənglərə cavab verməyiblər.

“Ali xainin xanımı. Onu belə bir plakatla qarşılayıblar. O, başını aşağı salıb, qızarmış vəziyyətdə yoluna davam edib. Bilməlidirlər ki, getdikləri hər yerdə insanlar oxşar yazılar olan plakatlarla onları gözləyəcək”,- deyə Marqaryan qeyd edib.

Bundan əvvəl teleqram kanallarında Akopyan qızı ilə birlikdə başı aşağı vəziyyətdə mühafizəçilərinin müşayiəti ilə hava limanından necə çıxdığını göstərən bir video yayılmışdı.

Eyni zamanda, Daşnaksütyun Komitəsi Akopyanın ABŞ-a səfərini təqdir etmədiyini bildirən bir açıqlama yayıb. Bəyanatda onun Baş nazir Paşinyanın uğursuz diplomatiyasının, Azərbaycanla münasibətlərdə qorxaq davranışının, müxalifətə qarşı repressiv hərəkətlərin və cəmiyyətdəki parçalanmanın təmsilçisi olduğu vurğulanıb.qafqazinfo