Maqazin

Anna Netrebkonun bu açıqlaması rusları qəzəbləndirdi – Foto

Anna Netrebkonun bu açıqlaması rusları qəzəbləndirdi – Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xalq artisti Anna Netrebko yenidən sosial mediadakı açıqlamalarına görə tənqid edilib.

7Times.az  xəbər verir ki, opera ifaçısı Vyanada qatıldığı baldan etdiyi paylaşıma gələn şərhlərdə Rusiya haqqında mənfi fikirlər səsləndirib. O, ölkənin Kuban bölgəsində keçirdiyi illəri heç də həyatının ən yaxşısı olmadığını bildirib.

Belə ki, izləyicilərdən biri paylaşıma Annaya Kuban qazaxı olduğunu xatırladaraq orada rusları sevmədiklərini, onun üçün çətin olacağını yazıb. Cavabında isə ifaçı “Sizi sevmirlər, amma məni, hə! Hamısı yox, amma böyük bir qismi. Həyatımın ən çox və ən yaxşı vaxtlarını Kubanda yaşamamışam. Ona görə də fikriniz özünüzdə qalsın” deyə, bildirib.

Onun bu reaksiyası izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və ünvanına tənqid dolu şərhlər yazıblar.

Qeyd edək ki, Anna Azərbaycanın Xalq artisti Yusif Eyvazovla ailəlidir. Ötən ilin fevralından Ukraynaya qarşı aparılan müharibə fonunda Rusiyanı dəstəkləyən ifaçı, sanksiyalardan sonra geri addım atmışdı.

Axşam.az