Aktual

Anti-NATO koalisiyası yaradıla bilər

Anti-NATO koalisiyası yaradıla bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün beynəlxalq anti-NATO koalisiyasının yaradılması zamanıdır.

7Times.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Krım regionundan olan deputatı Mixail Şeremet deyib.

Deputat fikrini belə izah edib: “NATO icazə verilən sərhədləri keçərək Ukraynada Rusiyaya hücum üçün tramplin yaradıb. Bu gün onlar Ukraynaya silahlar göndərirlər, dövlətimiz üçün birbaşa təhlükə yaradırlar. NATO vəbasının yayılmasına son qoyulmalıdır. Hesab edirəm ki, beynəlxalq anti-NATO koalisiyasının yaradılmasının vaxtı çatıb”.

Onun sözlərinə görə, NATO-ya qarşı addım atmaq vacib şərtdir:

“Bizə nəinki NATO təcavüzünə birgə müqavimət göstərə biləcək, həm də Qərb ölkələrini icazə verilən hüdudlarda qalmağa və hücum planlarından əl çəkməyə məcbur edə biləcək koalisiya lazımdır. Mən Hindistan və Çinin də koalisiyaya qoşulmasını istərdim. NATO hegemonluğundan yorulan bir çox dost ölkələr var. Bizim isə Qərbin saymağa öyrəşdiyindən çox dostumuz var”.