“Sən konkret kiminsə bostanına daş atırsansa, təhqir edirsənsə, özündə cəsarət tap və tək ona aid elə. Bu cəmiyyət onsuz da tez ərə getmək istəyənə də vedrə bağlayır, getmək istəməyənə də”.
7Times.az bizim.media-ya istinadən bildirir ki, bu fikirləri İTV-nın aparıcısı Nərmin Salmanova öz sosial şəbəkə hesabında psixoloq Gülnar Orucova barədə yazıb.
Aparıcını qəzəbləndirən isə Gülnar Orucovanın Bizim.Media-ya müsahibəsində Pərvin Abıyevanın subaylığı təbliğ etməsi barədə fikirləri olub.
Nərmin Salmanova psixoloq xanımı sərt tənqid etməkdən belə çəkinməyib:
“Sən necə psixoloqsan ki, belə fikirlərinlə onsuz da başqasının həyatına burnunu soxmağa alışan toplumu bir az da cuşa gətirirsən? Sənin özünə müalicə lazımdır. Kiminsə ailə qurmaq istəməməsini müzakirəyə çıxarmaq, bunu ümumiləşdirib, bu fikirdə olan bütün qadınlara damğa vurmaq ən böyük “yüngüllük”dür.
Gülnar Orucova adlı bu “psixoloq” elə bilir ki, hər kəs eyni arzuda, istəkdə olmalıdır. Hələ fikirləşir ki, evlənən qadınların hamısı namuslu ailə həyatı yaşayır”.
Qeyd edək ki, Gülnar Orucova Bizim.Media-ya açıqlamasında Pərvin Abıyevanın evliliklə bağlı fikirlərini sərt tənqid etmişdi.
Follow @7timesaz