Son zamanlar qalmaqallı statusları ilə gündəmə gələn aparıcı Turan İbrahimov övladına ad günü keçirib.
7Times.az xəbər verir ki, aparıcı ailə üzvlərini və yaxınlarını bir araya toplayaraq şəhər restoranlarından birində kiçik oğlu Meteyə təmtəraqlı ad günü edib.
Məclisdə tanınmışlar da yer alıblar. Aktrisa Ülviyyə Xəlilbəyli sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. O, “Instagram” hesabında ad günü ilə bağlı videolar yayımlayıb.
Qeyd edək ki, Turan İbrahimov stilist vizajist Nərmin İbrahimova ilə evlidir. Cütlüyün Ömər və Mete adlı iki oğlu var.
BAKU.WS