Samsung dolayı yolla təsdiqləyib ki, onlar Apple -ın 2025-ci ilə planlaşdırılan ilk qatlana bilən noutbukunu alacaq displey üzərində işləyirlər.
Bu barədə Koreyanın The Elec nəşri məlumat yayıb .
Media jurnalistləri “Samsung Display” şirkətinin direktoru Baek Seung-inin hesabatı ilə tanış olublar, orada korporasiya rəhbəri qatlanan ekranlar üzrə işlərdən danışıb. Top-menecer qeyd edib ki, şirkətin prioriteti dayanıqlı iri ölçülü qatlanan displeylərin yaradılması olaraq qalır.
Baek Seung-in sənayenin 20,5 ilə 25 düym arasında dəyişən ekranların istehsalında maraqlı olduğunu vurğuladı. The Elec ekspertlərinin fikrincə, bu yolla mühüm müştərilərindən biri Apple olan Samsung ilk qatlanan MacBook üçün displey hazırlanmasına eyham vurub.
İnsayderlərin fikrincə, Apple noutbukunun qatlanan ekranı büküldükdə 13 düym, açıldıqda isə 20,5 düym diaqonal olacaq. Cihaz 2025-ci ildə elan edilə bilər. Mənbələr bildiriblər ki, hazırda şirkət kompüterin yaradılmasında istifadə olunan texnologiyalara patent almaqla məşğuldur.
Follow @7timesaz