“Apple” şirkəti nasaz “iPhone 12” mobil telefonları geri çağırır.
7times.az xəbər verir ki, bununla bağlı xüsusi proqram işə salan şirkət artıq səslə əlaqədar nasazlığı olan smartfonların qəbuluna başlayıb.
Səslə bağlı nasazlıqdan ilk növbədə Birləşmiş Ərəb Əmirliklərindən olan istehlakçılar şikayət ediblər.
“Apple” şirkətindən problemin “iPhone 12” və “iPhone 12 Pro”nun çox az sayda telefonlarında müşahidə edildiyi bildirilib. Qeyd olunub ki, mobil telefondakı audio problemlər qəbuledici modulun komponentində baş verən nasazlığından yarana bilər.
Follow @7timesaz