Maqazin

Aqşin Fateh onu sevən xanım üçün canlı efirə zəng etdi: “Nənəm yaşında qadındır” – VİDEO

Aqşin Fateh onu sevən xanım üçün canlı efirə zəng etdi: “Nənəm yaşında qadındır” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ARB telekanalında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verlişinə çıxan qadın Aqşin Fatehi sevdiyini bildirib. Sonxeber.az xəbər verir ki, Aqşin Fateh verilişin canlı efirinə zəng vuraraq məsələ ilə bağlı açıqlama verib: “Mən ailəliyəm. 4 övladım var. Şok vəziyyətdəyəm. Zəng vurub nə deyim bilmədim. Nənəm yaşında qadındır. Çıxıb efirdə deyir mən Aqşini sevirəm. Onu istəyirəm”.

Aqşin Fateh bildirib ki, qadın iş yerinə dəfələrlə gələrək isçiləri narahat edib:

“Soruşmuşam nə lazımdı? Necə kömək edim? O qadının fikri nədir? Başa düşə bilmirəm. Onun bir yaxın qohumu, kişi xeylağı varsa yanında gətirsin yanıma, görüm bu xanımın dərdi nədir? Qadın restoranıma gəlib. Mən içəri girmişəm. Qadın qaçıb üzərimə qucaqlayıb öpür üzümdən. Mən də başa düşə bilmirəm ki, nə baş verir?. Deyirəm ay anam gəlin çörək yeyin, qulluq edək. Heç nə danışmır, gəlib bütün günü oturur”.

Yaşlı qadın isə cavab olaraq “Məni onunla görüşdürün. Bu Allahın yazısıdır” deyib.