Ermənistanın Qarabağda qurduğu separatçı rejimin “rəhbəri” Arayik Arutyunyan Şuşa-Xankəndi yolundakı aksiya ilə bağlı növbədənkənar sessiya çağırıb.
7Times.az bildirir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Qeyd olunub ki, qondarma rejimin Təhlükəsizlik Şurasının iclasında yekun bəyanat qəbul olunub və Ermənistan hökumətinə müraciət edilib.
Nəşrə görə, mətndə “Hakimiyyət orqanları “Artsax”la Ermənistan arasında fasiləsiz quru əlaqəsini bərpa etmək və vətəndaşların hüquqlarını qorumaq üçün obyektiv və təsirli addımlar atmağa borcludurlar”, deyə qeyd olunub.
“Hraparak” həmçinin bildirib ki, qondarma qurumun yayımlanan mesajında problemə Rusiya Federasiyasının ərazisində baxıldığı vurğulanıb. “Təhlükəsizlik Şurası” dəhlizin bağlanmasını qəbuledilməz hesab edərək, Rusiya sülhməramlı qoşunlarının komandanlığına müvafiq məktub yazmaq qərarına da gəlib.
Məlumata görə, sözügedən sessiya bir gün əvvəl gecə yarısından sonra çağırılıb. “Çünki Arayik Arutyunyan dekabrın 12-də Qarabağ ərazisinə birtəhər daxil ola bilib. Rusiya tərəfi ilə fəal danışıqlar nəticəsində dekabrın 11-də Fransadan Ermənistana gələn Arayik və qondarma rejimin digər nümayəndə heyəti əraziyə daxil olmaq üçün sülhməramlılarla demək olar ki, bütün gün danışıqlar aparıblar. Onlar gecə yarısına yaxın uğur qazanıblar, ancaq ölkəyə yalnız Arutyunyanın daxil olmasına icazə verilib. Davit Babayan və digərləri isə İrəvanda qalıblar. Arutyunyan uzadılmış sessiyada depressiyaya düşmüş formada görünüb. O, iştirakçılara problemin həllinin açarının onlarda olmadığını və Paşinyan-Putin danışıqlarını gözləməli olduqlarını açıqlayıb”, deyə “Hraparak” qeyd edib.
Sfera.az
Follow @7timesaz