Maqazin

Aralarındakı təzminat davası bitmək bilmir

Aralarındakı təzminat davası bitmək bilmirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Burak Sergen keçmiş həyat yoldaşı, aktrisa İşıl Sergenə qarşı övladı üçün ödədiyi alimentin azaldılması üçün məhkəməyə müraciət edib.

7Times.az xəbər verir ki, Sergen 41 min 209 lirəlik alimentin 10 min lirəyə endirilməsini istəyib. İddiaya görə, İşıl Sergen protokolla qəbul edilən yeni qaydalara məhəl qoymayaraq Burak Sergen haqqında icra icraatına başlayıb.

Sergen aliment ödədiyini və belə bir borcunun olmadığını iddia edib. Keçmiş həyat yoldaşının ona zərər vermək üçün qanunun səlahiyyətlərindən sui-istifadə etdiyini vurğulayan aktyor bu təzminat üçün Işıl Sergenə hökm çıxarılmasını tələb edib. O bildirib ki, Işıl ondan haqsız yerə “pis niyyət təzminat”ı istəyir.

Burak Sergenin vəkili “Biz bu təzminatın ləğv edilməsini istəyirik. Bundan əlavə, müştərimin borcunun olmamasının sübutunu tələb edirəm” deyə, hakimə bildirib.

7Times.az