Bu barədə “7Times.az”a açıqlamasında millət vəkili Sahib Alıyev bildirib.
O, Przident İlham Əliyevin “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar”a vacib xatırlatmasına da diqqət çəkib: “Prezident bildirdi ki, “Türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”. Digər tərəfdən, Ermənistana qul kimi yanaşıb özünü quldar kimi aparanlara da, onu “kiçik baçı” gözündə görənlərə də növbəti cəhdləri qarşılığında növbəti dəfə açıq mətnlə bildirildi: “Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir”. Müzəffər Ali Baş Komandanımızın xəbərdarlıqlarının hədəflərinə bir xatırlatma da edim. Dünənki konfransda cənab İlham Əliyev Düşənbədə 2018-ci ildə Paşinyanla liftdəki görüşlərinin məhz sentyabrın 27-də olduğunu elə-belə vurğulamadı. İkinci Qarabağ savaşı da iki il sonra məhz həmən gün başlamışdı. Ona görə ki, Ermənistan baş naziri Azərbaycan Prezidentinin liftdə dediyi “Müharibə başlasa, biz sizi məhv edəcəyik”, – sözlərindən düzgün nəticə çıxarmamışdı. Dövlət başçımız özü də vurğuladı ki, o sözlər təbliğat xarakterli deyildi, reallıq idi. Yəni əgər biz Ermənistanı məhv edəcək gücdə olmasaydıq, o, heç zaman həmin sözləri dilə gətirməzdi”.
Millət vəkili vurğulayıb ki, Tehran rejimi indiyədək heç bir populist açıqlama verməyən Müzəffər Ali Baş Komandanımızın İrandakı azərbaycanlıların öz dillərində təhsillərinin, azadlıq və təhlükəsizliklərinin təmini ilə bağlı söylədiklərindən düzgün nəticə çıxarmalıdır: “Arazın o tayında yaşayan soydaşlarımız da bilməlidirlər ki, onları gələcəkdə gözəl perspektivlər gözləyir. Çünki biz heç zaman olmadığı qədər güclüyük, Türkiyə kimi ordusu ordumuz olan Müttəfiqimiz və Paşinyana etdiyi xəbdərdarlığı iki il sonra eyni gündə, eyni dəqiqliklə reallşdıran cənab İlham Əliyev kimi Liderimiz var”.
Follow @7timesaz