Türkiyəli yarımmüdafiəçi Arda Gülər ”Real Madrid”də ilk rəsmi matçına çıxmağa hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniya nəşri AS məlumat yayıb.
Gülərin zədəsini tam sağaltdığı və məhdudiyyət olmadan məşq etdiyi xəbər verilib.
18 yaşlı vingerin “Sevilya” ilə matçda meydana çıxacağı planlaşdırılır. Qarşılaşma oktyabrın 21-də əndəlusluların meydanında baş tutacaq.
Xatırladaq ki, Arda Gülər “Blancos”un düşərgəsinə 2023-cü ilin yayında “Fənərbağça”dan keçib. O vaxtdan bəri o, zədə probleminə görə “kral klubu”nun formasında rəsmi matça çıxmayıb.
Follow @7timesaz