Argentina hökuməti Fələstinin HƏMAS hərəkatını terror təşkilatları siyahısına daxil edib.
7Times.az xarici mətbuata istinadən xəbər verir ki, “HƏMAS” adı “Terrorçuluq fəaliyyəti və onların maliyyələşdirilməsi ilə əlaqəli fiziki və hüquqi şəxslərin ictimai reyestri” siyahısında yer alıb.
Argentina prezidenti Xavyer Miley dəfələrlə bəyan edib ki, o, İsrail və ABŞ-ı Argentinanın prioritet müttəfiqləri hesab edir.
Keçən ilin dekabrında dövlət başçısı hakimiyyət orqanlarının “HƏMAS”ı terror təşkilatları siyahısına daxil etmək üçün çalışdığını bəyan edib.
Follow @7timesaz