İdman

Argentina millisinin qapıçısının penalti sirri ortaya çıxdı!

Argentina millisinin qapıçısının penalti sirri ortaya çıxdı!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinanın Dünya Kubokunu qazanmasında böyük rolu olan Emiliano Martines seyv etdiyi penaltilərlə mundialın ən yaxşı qolkiperi olub. 30 yaşlı qolkiper 11 metrlik cərimə zərbələri zamanı psixoloji üstünlüyü necə qoruyur?

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu penalti zamanı rəqiblərinin konsentrasiyanı pozmağa çalışır, təzyiq göstərmək və gərginliyi artıqmaq üçün aqresiv rəftar edir. Niderland və Fransa ilə oyunlarda 4 penalti seyvi edən Martines bu hiyləni keçən il Kopa Amerikasının yarımfinalında kolumbiyalı Davinson Sançes, Yerri Mina və Edvin Kardonaya qarşı istifadə edib.

Sançes topa yaxınlaşarkən Martines, “Bağışla, amma səni dayandıracam, qardaşım”, deyə qışqırıb. Nəticədə rəqib oyunçu penaltini düzgün yerinə yetirə bilməyib.

Bundan əlavə o, Minaya “Gülürsən, amma gərginsən. Hə, hə, məni vecinə alma. Mən onsuz da səni tanıyıram. Haraya vuracağını bilirəm və qaytaracam” sözlərini deyib.

Qeyd edək ki, Fransaya qalib gələn Argentina üç qat dünya çempionu olub.