İdman

Argentina prezidenti finalı necə izləyəcək? – Özü açıqladı

Argentina prezidenti finalı necə izləyəcək? – Özü açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinanın prezidenti Alberto Fernandes DÇ-2022-nin final oyununda Fransa ilə üz-üzə gələcək ölkəsinin millisini dəstəkləmək üçün Qətərə yollanmayacağını bəyan edib.

Fanat.Az xəbər verir ki, Fernandes bu qərarını şəxsi “Twitter” hesabında açıqlayıb:

“Milyonlarla həmyerlilərim kimi dünya çempionatının finalından evdə zövq alacağam. Bu fantastik anı əvvəl də olduğu kimi, öz xalqımla birgə yaşayacağam. Bizim ən yaxşı futbolçularımız meydanda, şöhrətli azarkeşlərimiz isə tribunlarada olacaqlar”.

Daha öncə Fransa prezidenti Emmanuel Makronun mundialın finalına canlı baxacağı barədə informasiyalar yayılmışdı.

Qeyd edək ki, Fransa və Argentina bu gün, Bakı vaxtı ilə 19:00-da üz-üzə gələcəklər.