Sağlamlıq

Arıqlamaq üçün bu ot çaylarından istifadə edin

Arıqlamaq üçün bu ot çaylarından istifadə edinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Otlar və bitki çayları ilə maddələr mübadiləsini – metapolizmanı sürətləndirərək arıqlama və yağ əritmə prosesini asanlaşdırmaq mümkündür. 

Çəkinizə nəzarət etmək üçün hansı bitkilərdən istifadə etmək faydalıdır?

Qarışıq yaşıl çay

Çox güclü antioksidant olan yaşıl çayın müntəzəm istifadəsi bədəndən toksinləri çıxarır. Buna görə də şişi aradan qaldıraraq bədəndəki yağın ərinməsinə zəmin hazırlayır.

Yaşıl çay qarışığı resepti belədir:

4 çay qaşığı yaşıl çay,

4 çay qaşığı mate yarpaqları,

2 çay qaşığı kəklikotu,

2 çay qaşığı gicitkən yarpağı,

1 litr su.

Darçın

Darçın həm qan şəkərini tənzimləyir, həm maddələr mübadiləsini aktivləşdirir, həm iştahı yatırır, həm də toxluq hissi yaradır.

Darçını süd və ya toz kimi qatıqla birlikdə qəbul edə bilərsiniz.    Bu üsul bağırsaqların yaxşı işləməsinə səbəb olur.

Darçını toz halında dəmlənmiş çaya əlavə etmək də məsləhətdir. Bu həm də çaya xoş ətir verir.

Darçın çubuğunu suda bir neçə saat saxlamaqla o mayeni qəbul etmək faydalıdır. Bu suya limon, nanə və cəfəri də əlavə edib içə bilərsiniz.

Cəfəri

Cəfəri güclü antioksidantdır. Köklük problemini aradan qaldırır və piylərin ərinməsinə səbəb olur. Onu qaynar suda dəmləyib çay kimi qəbul edin.

Cəfəri ilə limonu da qarışdırmaq müalicəvi təsirə malikdir: bir dəstə təmiz və təzə cəfərini çəkib bir stəkan limon suyu və bir stəkan normal suda həll edərək qarışdırıb içmək xeyirlidir.

Rozmarin

Kökəlməyin qarşısını almaq və arıqlama prosesində rozmarin çayına üstünlük verə bilərsiniz. 1 çay qaşığı rozmarini qaynar su ilə dəmləyin və müntəzəm olaraq qəbul edin.

Tərə otu (vəzəri)

Tərə otu bitkisini səhər qəlyanaltısında 1-2 çimdik yeməkdə fayda var.

Gicitkən otu

Gicitkən otu bədəndəki yağın ərinməsinə səbəb olur.

Zəncəfil

Zəncəfil sidikqovucudur və köklüyü azaltmağa yardım edir. Bitki çayı şəklində zəncəfil tozunun üzərinə bir dilim limon da əlavə edərək istifadə edə bilərsiniz.

Kəklikotu

Arıqlama prosesi şişliyin azalması və yağların əriməsi deməkdir. Bu işdə sizə kömək edən kəklikotunu salatlara qatıb ədviyyat kimi istifadə edə bilərsiniz. Eyni zamanda, qaynar suda dəmlənən ətirli kəklikotulu çayı içmək də yağların əridilməsini sürətləndirir və daha sağlam şəkildə arıqlamanıza imkan yaradır.

Mərzə (marjoram)

İçməli suya mərzə və limon əlavə etməklə vücuddakı yağların əridilməsini sürətləndirə bilərsiniz. Mərzəni qaynar suda da dəmləyib çay kimi içmək faydalıdır.

Nanə

Salatlara, içməli suya, qatıqlara və sulu yeməklərə çiy və qurudulmuş şəkildə əlavə edilən nanə həm insanı tox tutur, həm də həzm sistemini tənzimləyir.